Gəzməyə, yaşamağa, işləməyə qürbət ölkə, ölməyə Vətən yaxşı. Deməli, Hallstattda yaşayış üçün quru yer az olduğuna görə, məzarlıqları çox kiçikdir. Burada ölənlərin məzarı 10-15 il sonra açılır, sümükləri günəş altında qurudulur, parladılır və xüsusi bir otaqda toplanır. Hazırda burada 1200-dən çox adamın sümükləri var. Kitabların üstündəki kəllələr kəndin rahiblərinin kəllələridir. İndi bu adətdən çox istifadə olunmadığını dedilər. Deyirlər daha çox insanlar yaxınlarını başqa məzarlıqlarda dəfn etdirirlər və ya yandırırlar. Bura qoyulan sonuncu kəllə xaçın altındakı kəllədir. 1995-ci ildə qoyulub, qadın 1983-cü ildə dünyasını dəyişib. Kəllələrin üstünə rəssamlar dünyasını dəyişmiş şəxsin yaxınlarının icazəsi və mövzusu ilə sevgini əks etdirən rəsmlər çəkirlər. Belə... Nə də olmasa, ölmək üçün Azərbaycan daha uyğun yerdir
Digər fotolara buradan baxa bilərsiniz: https://www.facebook.com/bakhtiyar/posts/10152432184556421
